Amiran Qamğrelidze - yoluxma hallarının 90 faizində "Omicron" ştamı sirkulyasiya edir, yoluxanların sayı iki həftə ərzində daha da artacaq
Amiran Qamğrelidze - yoluxma hallarının 90 faizində "Omicron" ştamı sirkulyasiya edir, yoluxanların sayı iki həftə ərzində daha da artacaq

 

Önümüzdəki iki həftə ərzində ölkədə “Omicron”-un sirkulyasiyası artacaq. Virusa yoluxma halları daha da çoxalacaq, – bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamğrelidze hökumət administrasiyasında keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, yeni yoluxma hallarının əksəriyyəti “Omicron” ştamındandır.

“Bu gün 15 mindən çox yoluxma halı müəyyən edilib, lakin real olaraq biz üç-dörd dəfə artıq hesablamalıyıq. Əsas ismarıc odur ki, əgər sizdə respirator virusa xas simptomlar, öskürək, baş ağrısı, burun axıntısı, qızdırma müşahidə olunmağa başlayırsa, bir neçə yerdə test olunmağınıza və koronavirusa yoluxub-yoluxmamaqla bağlı əmin olmağınıza ehtiyac yoxdur . Dahası əgər yoluxumusunuzsa, böyük ehtimalla bunun “Omicron” olduğunu deyə bilərsiniz. Çünki “Omicron” ştamı yoluxanların 90 faizində sirkulyasiya edir. Evdə qalmalı, 122-yə zəng vurmalısınız. Təxminən yoluxanların 90 faizində virus simptomlar olmadan və ya kişik simptomlarla müşahidə olunur. Ən əsası panikaya düşməyin”-deyə Qamğrelidze bildirib.

O, həmçinin qeyd edib ki, bugünkü göstəricilərlə ölkədə 1600 nəfərdə “Omicron” infeksiyası təsdiqlənib və onlardan yalnız 16-sının xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.

“1600 yoluxmadan yalnız 16-sının xəstəxanaya yerləşdirilməsinə ehtiyac yarandı, onlardan 13-ü tez bir zamanda evə buraxıldı, lakin bu sizi rahatlaşdırmamalıdır, əsasən də riskin yüksək olduğu qruplar. “Omicron” halında, əsasən gənc yaşlı insanlar yoluxublar, lakin yoluxma sayının artması ilə ola bilsin daha yaşlı insanlara keçsin”-deyə Qamğrelidze bildirib.