Amiran Qamğrelidze  turizm barədə-risk olacaq,lakin hər bir ölkə vəziyyəti  yüngülləşdirir,çünki ola bilsin koronavirus bir ilə yox olmasın,infeksiya ilə birgə yaşayış prinsiplərini formalaşdırmalıyıq
Amiran Qamğrelidze  turizm barədə-risk olacaq,lakin hər bir ölkə vəziyyəti  yüngülləşdirir,çünki ola bilsin koronavirus bir ilə yox olmasın,infeksiya ilə birgə yaşayış prinsiplərini formalaşdırmalıyıq

 

 

XNMM –in rəhbəri Amiran Qamğrelidzenin sözlərinə görə,turizm səbəbi ilə epidemioloji vəziyyətin ağırlaşması riski mövcuddur ,lakin koronavirus uzun müddət yox olmayacaq və hər bir  ölkə vəziyyəti yavaş-yavaş yüngülləşdirir.

Turizmin   epidemioloji vəziyyətin ağırlaşmasını təşviq edəcəyi  və ona nəzarəti necə planlaşdırdıqları ilə bağlı suala   Qamğrelidze bu bəyanatla cavab verib.

Qamğrelidzenin izahatına görə, koronavirus infeksiyası ilə birgə yaşayış prinsipi formalaşdırılmalıdır.

“Bəli, əlbətdə   risk olacaq, ancaq bilirsiniz ki, bu gün bütün dünyada baş verir, baxmayaraq ki, müxtəlif  ölkələrdə bizdəkindən  daha çox yoluxmuş insanlar var. Hər bir ölkə tədricən vəziyyəti yüngülləşdirir, çünki hər kəs koronavirusun   bir gündə, bir ayda və bəlkə də bir ildə yox olmayacağını başa düşüb. Buna görə də koronavirus infeksiyası ilə birlikdə yaşayış prinsiplərini formalaşdırmalıyıq. Bu birgə yaşayış ilk növbədə qaydaların qorunması  olmalıdır, eləcə də  sürətli cavab planlarımız və vasitələrimiz olmalıdır ki, belə bir  mikro epidemiya partlayışları olarsa əgər , geniş miqyaslı epidemiyaları və əhaliyə zərər gəlməsini  önləyə bilək. Yəni ,bu düzgün tarazlıq olmalıdır. Bir tərəfdən ola bilsin infeksiyaya yeni  yoluxma  halları olsun , digər tərəfdən isə bu, müvafiq sağlamlıq və profilaktik tədbirlər ilə tarazlaşdırılmalıdır “-deyə  Amiran Qamğrelidze bildirib.

Hazırladı-Sevinc Mustafayeva