Amiran Qamğrelidze - toya və qonaqlıq süfrələrinə getmək əvəzinə, gedək peyvənd olaq
Amiran Qamğrelidze - toya və qonaqlıq süfrələrinə getmək əvəzinə, gedək peyvənd olaq

 

Toy və qonaqlıq süfrələrinə getmək əvəzinə, gedək peyvənd olaq – Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamğrelidze Koordinasiya Şurasından sonra keçirilən brifinqdə bu barədə bildirib.

Amiran Qamğrelidze bir daha vətəndaşları tövsiyyələrə əməl etməyə çağırdı.

“Səhv nəyə deyirsiniz? Bu gün ölkədə fövqəladə vəziyyət və ciddi qapanma elan edilməsini dəstəkləyirsiniz mi? Lakin, hamımız, mən, siz bu tövsiyyələrə əməl etsək , yəni toya getməsək və böyük qonaqlıq verməsək, universiteti və məktəbi bitirdikdən sonra böyük yığıncaqla bunu qeyd etməsək, Tısbağa, Lisi Gölündə və s.10.000 nəfərin toplaşdığı musiqi festivallarına getməsək və başa düşsək ki, odla oynayırıq , o zaman bu qədər yoluxma halı olmayacaq. Toya, qonaqlıq süfrələrinə getmək əvəzinə , gedək peyvənd olaq” -deyə Amiran Qamğrelidze bildirib.a