Amiran Qamğrelidze-testlərin geniş şəkildə aparılmasını istəyirik,may ayının 15-i üçün 1500,mayın sonu,iyunun başlanğıcı üçün isə gündə 2000 PCR testə çıxmaq istəyirik
Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri,Amiran Qamğrelidze testlərin geniş şəkildə aparılmasının əhəmiyyəti və Gürcüstanda gündəlik olaraq koronavirus ilə əlaqədar test olunanların sayı barədə danışıb. “Gündəlik orta göstəriciyə,təxminən 1100-1200 -ə qalxdıq ,iki dəfə 1350-dən çox olub.Mayın 15-i üçün istəyirik ki,1500 yüksələk,daha sonra isə mayın sonu iyunun əvvəlində gündə 2000 test edilsin.Bu da hazırda Avropanın aparıcı ölkələrindəki göstəricilərlə təxminən eyni olacaq.Vurğulamaq istəyirəm ki, bu ümumi test deyil ,ümumi test sürətli testləri də əlavə etsək daha çoxdur,bu sadəcə olaraq PCR texnologiya vasitələri ilə aparılan testdir və hazırda ölkənin 12 laboratoriyasında aparılır”-deyə Qamğrelidze bildirib.