Amiran Qamğrelidze - peyvəndin çox yüksək faizlə insana kömək etdiyini bilərək, bundan imtina etmək, həkimlərin etik məcəlləsinin pozulmasıdır və həmkarlarım bunu etməməlidirlər
Amiran Qamğrelidze - peyvəndin çox yüksək faizlə insana kömək etdiyini bilərək, bundan imtina etmək, həkimlərin etik məcəlləsinin pozulmasıdır və həmkarlarım bunu etməməlidirlər

 

Peyvəndin çox yüksək faizlə insana kömək etdiyini bilərək və bundan imtina etmək, həkimlərin etik məcəlləsinin pozulmasıdır və həmkarlarım bunu etməməlidirlər- Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri, Amiran Qamğrelidze həkimlərin vaksinasiyası ilə əlaqədar bildirib.

“Tibb institutunda, universitetdə hamımız, peyvənd , vaksin və imunizasiyanın tibbdə 3 ən böyük kəşf olduğunu yaxşı öyrənmişik, bu milyonlarla insanın həyatını xilas edib və milyonlarla insanı yenə də qoruyacaq. Britaniyada əhalinin 60 %-i peyvəndlənib, yoluxma hallarının artmasını yaxşı görürük, lakin ölüm nisbəti azalıb. Eyni hal əhalinin 47 faizinin iki dəfə peyvənd edildiyi İsrail, Almaniya və AB-yi ölkələrində də baş verir. Aydındır ki, bütün dünyada ,o cümlədən bizim kimi ölkələrdə yazda güclü peyvənd çatışmazlığı var idi və inkişaf etmiş ölkələr də çətilik çəkirdilər. Hazırda ölkədə iki milyon peyvənd var. Bir milyon da gətiriləcək. Hər kəs üçün yetərlidir. Peyvənd olaq və bu pandemiyaya son qoyacaq”-deyə Qamkrelidze bildirib.