Amiran Qamğrelidze - "Omikron"-u keçirdikdən sonra immunitetin uzun zaman qalmadığına dair bir neçə tədqiqat var
Amiran Qamğrelidze - "Omikron"-u keçirdikdən sonra immunitetin uzun zaman qalmadığına dair bir neçə tədqiqat var

 
Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamğrelidzenin sözlərinə görə, “Omicron”-a təkrar yoluxma halı ilə bağlı laboratoriya yolu ilə hələlik heç bir hal təqsidlənməyib. Onun sözlərinə görə, “Omikron”-u keçirdikdən sonra immunitetin uzun zaman qalmadığına dair bir neçə tədqiqat var.

“Teorik olaraq hər şey mümkündür, çünki “Omicron”-un bir neçə alt ştamı var. Bu gün onun B2 ştammı bizdə üstünlük təşkil edir, lakin bizdə “Omicron”-dan sonra “Omicron”-a təkrar yoluxma halı ilə bağlı laboratoriya yolu ilə hələlik heç bir hal təqsidlənməyib. Nə bizdə, nə də ədəbiyyatda belə bir məlumat yoxdur, lakin “Omikron”-u keçirdikdən sonra immunitetin uzun zaman qalmadığına dair bir neçə tədqiqat var” – deyə Amiran Qamğrelidze bildirib.

Amiran Qamğrelidze peyvəndləmənin əhəmiyyətindən danışıb və peyvəndin üçüncü, gücləndirici dozasının qəbul edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, tədqiqata əsasən, qüvvətləndirici doza insanı infeksiyadan, xəstəxanaya yerləşdirilmədən və ölümcül nəticələrdən ciddi şəkildə qoruyur.

“Hər kəs üçün əsas çağırış yenidən peyvəndləmə və xüsusilə də qüvvətləndirici dozadır, çünki bu barədə artıq çoxlu tədqiqat var, lakin qüvvətləndirici dozanın insanı infeksiyadan, xəstəxanaya yerləşdirilmədən və ölümcül nəticələrdən ciddi şəkildə qoruduğuna dair tədqiqat var” -deyə Amiran Qamğrelidze bildirib.