Amiran Qamğrelidze - mənim rekomendasiyam məhdudiyyətlərin ən axırda məktəblərə şamil edilməsidir
Amiran Qamğrelidze - mənim rekomendasiyam məhdudiyyətlərin ən axırda məktəblərə şamil edilməsidir

 
Mənim rekomendasiyam budur ki, əgər məhdudiyyətlər qüvvəyə minərsə, ən axırda  məktəblərə şamil olunsun və məktəblər ən tez açılsın, – bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamğrelidze Koordinasiya Şurasının iclasından sonra bildirib.

Amiran Qamğrelidzenin də qeyd etdiyi kimi, pandemiya dövründə əhalinin sağlamlığına böyük ziyan dəyməsi ilə yanaşı ölkələrin iqtisadi inkişafına da ziyan dəydi, ən böyük ziyan görənlərdən biri məktəb və təhsil sistemi oldu.

“Koordinasiya Şurasının iclasında məktəblərlə bağlı ciddi təhlil aparılıb. Təhsil Nazirliyi tərəfindən hazırda onlayn rejimdə neçə faiz şagirdin olması barədə məlumat verilib, bu göstərici çox azdır. Buna görə də məktəblərdə yenidən müşahidə aparılması zəruri hesab edildi. Ümumiyyətlə, digər sahələrlə müqayisədə məktəblərə yönəlik əsas şüar bu müəssisələrlə bağlı qərarın axırda verilməsi və ən birinci bu müəssisələrin açılmasıdır. Universitetlərə gəlincə, bütün universitetlər muxtar universitetlərdir. Qərarı universitet rəhbərliyi özü verir. Biz yalnız tövsiyə edirik. Hər zaman mənim rekomendasiyam universitetin professor-müəllimlərinin peyvəndlənmiş olması olub”- deyə Qamğrelidze bildirib.