Amiran Qamğrelidze - kovid kartın QR kodu ilə AB məkanına bağlı deyilik, lakin bunun üçün müvafiq strukturlar çalışır

 

QR kodu mükəmməl oxunur. Yeganə məsələ, AB məkanına QR kodu ilə bağlı olmamağımızdır, – bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamğrelidze kovid kartın QR kodu haqqında bildirib.

Onun sözlərinə görə, müvafiq strukturlar Gürcüstanın tədricən bu məkana qoşulması üçün çalışırlar.

“Müvafiq strukturlar Xarici İşlər Nazirliyi ilə birlikdə bunun üzərində işləyir və Gürcüstan tədricən bu məkana qoşulmalıdır. QR kodun üzərinə işıq salsanız , bu və ya digər doza ilə peyvəndləndiyinizi oxuyacaqsınız ”-deyə Amiran Qamğrelidze bildirib.