Amiran Qamğrelidze- koronavirusun klassik ikinci dalğasını  daha çox soyuq payızda gözləyirik
Amiran Qamğrelidze- koronavirusun klassik ikinci dalğasını  daha çox soyuq payızda gözləyirik

 

 XNMM-nin rəhbəri, Amiran Qamğrelidze bildirir ki, bu mərhələdə ölkədə tənzimləmələrin yenidən sərtləşdirilməsinə ehtiyyac yoxdur.

Qamğrelidzenin Rustavi 2-yə bildirdiyi üzrə,yumşaldılmış tənzimləmələr fonunda halların artacağını onsuz da gözləyirlərmiş .

Qamğrelidzenin sözlərinə görə,koronavirusun ikinci dalğası payızda gözlənilir.

 “Bu gün, dünən, sırağagün  baş verənlər, məhdudiyyətləri gücləndirmək üçün heç bir əsas vermir.  Nəzərə almalıyıq  ki, səhiyyə sektorunun verdiyi tövsiyyələrə əməl olunmalıdır. Bütün bunlar  hər birimizdən asılıdır. Cəmiyyət dəstək olmazsa,dövlət tək başına heç nə edə bilməz.

 Biz klassik ikinci dalğanı daha çox soyuq payızda yəni havaların soyuyacağı vaxt gözləyirik. “,- deyə Qamğrelidze bildirib.

Hazırladı-Sevinc Mustafayeva