Amiran Qamğrelidze - xüsusilə seçkiqabağı dövrdə açıq yerdə maska taxmaq zəruri olacaq
Amiran Qamğrelidze - xüsusilə seçkiqabağı dövrdə açıq yerdə maska taxmaq zəruri olacaq

 

Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamğrelidzenin sözlərinə görə, ölkədə epidemioloji vəziyyət olduqca ağırlaşıb.

Onun sözlərinə görə, bu gün Koordinasiya Şurasının iclasında əlavə hansı tədbirlərin görülməsinin lazım olduğuna və virusun yayılmasının qarşısını almaq üçün tövsiyyələrin verilməsinə dair müzakirə aparıblar.

Amiran Qamğrelidze, pandemiyanı məğlub etmə yolunda bir neçə vacib istiqamətin adını çəkib, bunlar arasında peyvənd üçün aktivlik və lazımi tövsiyyələrə düzgün əməl edilməsi də var.

“Bu gün şurada müzakirə etdiyimiz ilk istiqamətlərdən biri də peyvəndləmələri daha da intensivləşdirmək , eyni zamanda maksimal şəkildə qapalı məkanlarda maska taxmaqdır. Açıq yerlərə gəlincə, insanların toplaşdığı açıq yerlərdə , xüsusilə də seçkiqabağı dövrdə, maska taxmaq zəruri olacaq.

Əsas odur ki, böyük toplaşmalara tam qadağa qoyulsun, yas mərasimləri , toy, dəvətlər, konsertlər bütün bunların müvafiq şəkildə qarşısı alınmalıdır. Bundan başqa , sərhədə əlavə nəzarət etməklə yanaşı, xüsusən mehmanxanalarda yerləri səfərbər etmək lazımdır. Bu gün Koordinasiya Şurası tərəfindən tapşırıqlar verildi ki, həm yoluxmuş, həm də kontaktlara , yəni evində özünütəcrid şəraiti olmayan insanlara kömək üçün lazımi sayda otaq səfərbər edilsin. Dövlət , virusun ötürülməsi zəncirini qırmaq üçün onların təcrid olunmasına qayğı göstərsin” -deyə Amiran Qamğrelidze bildirib.