Amiran Qamğrelidze- xəstəliyə yoluxma sayı  bütün ölkələrdə artır,lakin yavaşlama dinamikasında  artım   hiss olunur
Amiran Qamğrelidze- xəstəliyə yoluxma sayı bütün ölkələrdə artır,lakin yavaşlama dinamikasında artım hiss olunur

Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri,Amiran Qamğrelidze bildirir ki, əsas məqsədə çatmaq üçün,yəni ölkənin pandemiyadan minimal zərərlə çıxması üçün hər  şey edilir.

″Bu günə olan göstəricilərə əsasən ,yoluxma sayının  artmasına baxmayaraq, bütün dünyada yavaşlama  dinamikasında müəyyən artım tendensiyası  hiss olunur.Əsas göstəricilər belədir –dünyanın 210 ölkəsində laboratoriya yolu ilə təsdiqlənmiş  yoluxmaların sayı 4 256 000-dir,üçdə biri artıq sağalıb və təəssüflər olsun ki, 287 min insan  həlak olub,bu isə 6,7% deməkdir.Ən çox yoluxma halı ABŞ-da qeydə alınır,ikinci yerdə İspaniya,sonra isə Rusiya gəlir.Bu isə bizim üçün diqqətçəkicidir,çünki bu ölkə bizim qonşumuzdur.Həmçinin, bizim region da mühümdür, həm Ermənistan, həm də Azərbaycanda  artım dinamikası müşahidə olunur.Bununla yanaşı ənənəvi, eləcə də işgüzar və mədəni  əlaqələrimizin  olduğu Belarusiya, Ukrayna , Qırğızıstan və s. ölkələrdə artım qeydə alınır″-deyə Amiran Qamğrelidze bildirib.

 

Hazırladı –Sevinc Mustafayeva