Amiran Qamğrelidze-cari və gələn həftə ərzində Kvemo Kartlidə daha çox insanı tədqiq etmək üçün intensiv şəkildə işləniləcək
Kvemo Kartli bölgəsində,xüsusilə də,Marneuli,Bolnisi və Tetritsğaro munisipalitetlərində Covid 19-a yoluxan pasiyentlərin vaxtındaca aşkarlanması məqsədi ilə,tədqiqatlar daha da intensivləşəcək. Xəstəliklərə Nəzarət üzrə Mərkəzin rəhbəri,A.Qamğrelidzenin də qeyd etdiyi üzrə,bu istiqamətdə bölgəyə dəstək layihələri artıq hazırlanıb. “Bu gün Kvemo Kartli bölgəsinə, xüsusən də üç munisipalitetə – Marneuli, Bolnisi və Tetritsğaro munisipalitetlərinə xüsusi diqqət yetiririk. Ötən şənbə günü Paata İmnadze, Xatuna Zaxaşvili, Ana Kasradze və Pikria Şavreşiani (bizim bölgə kuratorumuz) və mən bölgədə idik. Hər üç munisipalitetin rəhbərliyi ilə, habelə tibb ictimaiyyəti ilə, qubernatorla görüşlər keçirdik. Biz bir sıra əlavə tədbirlər görmüşük ”-deyə Amiran Qamğrelidze bildirib. Onun sözlərinə görə, sözü gedən bölgədə koronavirus infeksiyasında yüksək artım qeydə alınır.Burda yoluxanların sayı 198-i təşkil edir.Bu göstərici ümumi Gürcüstanda qeydə alınan halların 33 faizini təşkil edir.