Amiran Qamğrelidze - ictimai nəqliyyatın nə zaman, hansı prinsiplər  və qaydalara əməl edərəkdən  fəaliyyətə başlamasına  dair qərar tezliklə verilmiş olacaq
Amiran Qamğrelidze - ictimai nəqliyyatın nə zaman, hansı prinsiplər  və qaydalara əməl edərəkdən  fəaliyyətə başlamasına  dair qərar tezliklə verilmiş olacaq

 

 

XNMM-in rəhbəri Amiran Qamğrelidzenin sözlərinə görə, Gürcüstanda ictimai nəqliyyatın  fəaliyyətə başlamasına dair  qərar tezliklə verilmiş olacaq.

Qamğrelidzenin  sözlərinə görə, məsələyə dair  Koordinasiya Şurasında müzakirə aparılır.

“Bu cür qərarları  həqiqətən , nə  Amiran Qamğrelidze, nə Paata Imnadze, nə də Xatuna Zaxaşvili  qəbul etmir. Bu cür qərarları  müxtəlif fikirlərə, dəlillərə əsaslanan məlumatlarla razılaşan Koordinasiya Şurası  verir və müvafiq olaraq qərar buna əsasən veriləcək. Sizə deyə biləcəyim ən yaxın məlumat odur ki,  22-də ölkədə fövqəladə vəziyyət qaldırılır . Koordinasiya Şurasında bu gün də qeyd olundu ki,  bəzi məhdudlaşdırıcı tədbirləri sürətlə yumşaltmaq üçün qonşularımızın nümunələrinə əsaslanmalı və çox diqqətli olmalıyıq.Buna görə də ictimai nəqliyyata tələbat , əlbəttə ki, yüksəkdir.  Sizi əmin edə bilərəm ki, məsələ müzakirə olunur və əlbəttə ki, bu sabah və ya birisi gün olmaya bilər, lakin ictimai nəqliyyatın nə zaman, hansı prinsiplər  və qaydalara əməl edərəkdən  fəaliyyətə başlamasına  dair qərar tezliklə verilmiş olacaq  “-deyə Qamğrelidze bildirib.

 

Hazırladı-Sevinc Mustafayeva