Amiran Qamğrelidze - epidemioloji vəziyyət olduqca gərgindir, lakin tam şəkildə idarə olunandır, ölkənin koronavirusun yayılmasının pik nöqtəsində olduğunu deyə bilərik
Amiran Qamğrelidze - epidemioloji vəziyyət olduqca gərgindir, lakin tam şəkildə idarə olunandır, ölkənin koronavirusun yayılmasının pik nöqtəsində olduğunu deyə bilərik

 
Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamğrelidzenin sözlərinə görə, ölkədə epidemioloji vəziyyət olduqca gərgindir, lakin tam şəkildə idarə olunandır. Qamğrelidze epidemioloji vəziyyəti xarakterizə edən bütün göstəricilərin kifayət qədər yüksək səviyyədə qaldığını bildirir. Onun sözlərinə görə, ölkənin koronavirusun yayılmasının pik həddində olduğunu demək olar.

“Ölkədə epidemioloji vəziyyət olduqca gərgindir, lakin tam şəkildə idarə olunandır. Epidemioloji vəziyyəti xarakterizə edən bütün göstəricilər kifayət qədər yüksək səviyyədə qalır.Ölkənin koronavirusun yayılmasının pik həddində olduğunu demək olar.
Bunun nə qədər davam edəcəyi bizdən çox asılıdır. Süfrələrin açıldığı böyük yığıncaqlardan uzaq dursaq və gücləndirici dozaları qəbul etsək , koronavirusun altıncı dalğasını daha az zərərlə keçirə bilərik. Aktiv halların təzyiqi daha çox ambulator və laboratoriya sektorlarına düşür. Xəstəxanalarda halların sayı maksimum səviyyədə deyil “-deyə Amiran Qamğrelidze bildirib.

O, yaranmış vəziyyətdə peyvəndləmənin əhəmiyyətindən danışıb və peyvəndin üçüncü, gücləndirici dozasına xüsusi diqqət yetirib.

“Təəssüf ki, peyvəndləmə göstəricisi yüksək deyil. Bir daha təkrar etmək istərdim ki, hazırkı vəziyyətdə əsas çağırış busterdir. Hazırda 180.000-ə qədər insan buster dozanı qəbul edib. Bütün tədqiqatlar göstərir ki, gücləndirici doza bu gün “Omicron”-nun qarşısını ciddi şəkildə alır. Buna görə də əsas diqqət qaydalara əməl etməyə və buster dozalara yetirilməlidir”-deyə Amiran Qamğrelidze bildirib.

O, həmçinin tənzimləmələrə əməl olunmasının vacibliyindən də danışıb və insanların xüsusilə maska taxmasının vacib olduğunu bildirib. “Maska taxma göstəricisi 75 faizdir ki, bu da yetərli deyil”-deyə Qamğrelidze bildirib.

Bununla yanaşı, Koordinasiya Şurası başa çatdıqdan sonra keçirilən brifinqdə Amiran Qamğrelidze qeyd edib ki, koronavirusa yeni yoluxma hallarının təxminən 95%-də “Omikron” sirkulyasiya edir. Onun sözlərinə görə, “Omikron”-a yoluxan şəxsin təkrar “Omikron”-a yoluxması halları hələ ki, təsdiqlənməyib.

“Bu gün “Omicron”-un təxminən 95 faizdə sirkulyasiya etdiyini hesablayırdıq. “Omikron”-a yoluxan şəxsin təkrar “Omikron”-a yoluxması halları hələ ki, təsdiqlənməyib. Lakin bu, istisna edilmir” – deyə Qamğrelidze bildirib.