Amiran Qamğrelidze - əminəm ki, 2-3 həftəyə "Omicron"-a yoluxma hallarının sayı artacaq, lakin müxtəlif ölkələrə nəzər salsaq, hələlik bu variantın ağır kliniki gedişatla xarakterizə olunmadığını görərik

 

Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamğrelidzenin sözlərinə görə, bugünkü məlumatlara əsasən, Gürcüstanda “Omicron”-a 51 yoluxma halı laboratoroloji yolla təsdiqlənib və onlarla şübhəli hal ilə əlaqədar tədqiqat aparılır.

“18 yaşına çatmamış beş uşaq var, onlardan biri stasionardadır, lakin “Omicron”-a yoluxduğuna görə deyil, onun əsas, başqa xəstəliyi olduğuna görə stasionardadır. “Omicron”-un yayılması səbəbi ilə real təhlükələr mövcuddur. Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz bazar ertəsi günündən etibarən “Omicron”-un ölkədə müxtəlif ştammların dövriyyəsindəki rolu haqqında həftəlik hesabat dərc edəcək. İlk belə xam hesablama cümə günü edilib və “Omicron”-un müsbətlilik payının ümumi müsbətlərdəki payı 0,6-0,7% hesablanıb. Bir həftədən sonra bu payın nə dərəcədə artacağını görəcəyik” – deyə Qamğrelidze bildirib.

Amiran Qamğrelidze bildirir ki, yaxın 2-3 həftə ərzində “Omikron”-a yoluxanların sayı artacaq.

“Əminəm ki, 2-3 həftəyə “Omicron”-a yoluxma hallarının sayı artacaq, lakin müxtəlif ölkələrə xüsusən də “Omicron”-un başladığı ölkələrə nəzər salsaq, hələlik bu variantın ağır kliniki gedişatla xarakterizə olunmadığını görərik. Biz artım olacağını təsdiqləyirik” – deyə Amiran Qamğrelidze bildirib.