Amiran Qamğrelidze bildirir ki, texniki işlər səbəbilə bu gün üçün koronavirusun tam göstəricilərini yükləmək mümkün olmayıb
Amiran Qamğrelidze bildirir ki, texniki işlər səbəbilə bu gün üçün koronavirusun tam göstəricilərini yükləmək mümkün olmayıb

 

Biz pik dövrdəyik və pik dövrün keçid mərhələsinin bu həftə başlamalı olduğunu hesab edirik -deyə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamğrelidze bildirib.

Qamğrelidzenin sözlərinə görə, koronavirusa bu gün qeydə alınmış yoluxma hallarının veb saytda əks olunmuş sayı reallığı əks etdirmir, çünki portalda aparılan texniki işlərə görə bütün göstəricilər yüklənməyib.

“Bu gün 4000 yoluxma və təəssüf ki, 21 ölüm halı var . Yoluxmanın bu rəqəmi real vəziyyəti əks etdirmir, çünki 40% civarında olan yüksək müsbətlilik göstəricisi var. Real olaraq, həftəsonu portal yenilənirdi və müəyyən texniki işlər aparılırdı. Buna görə də bütün məlumatları portala yükləmək mümkün olmadı. Biz bugünkü rəqəmlərlə müzakirə apara bilmərik, sabah həm bazar, həm də bazar ertəsi günlərinin göstəricilərini əhatə edən məlumatlar yenilənəcək”- deyə Amiran Qamğrelidze bildirib.