Amiran Qamğrelidze bildirir ki, bir neçə günə tibbi personalın, hamilə qadınların və dializ xəstələrinin qrip əleyhinə peyvəndlənməsinə başlanılacaq
Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamğrelidzenin sözlərinə görə, hazırda ölkəyə qrip əleyhinə peyvəndin 43 min dozası gətirilib.
Onun sözlərinə əsasən, yaxın günlərdə tibbi personalın, hamilə qadınların və dializ xəstələrinin peyvənd edilməsinə başlanacaq.
“Bu il dövlət dörd komponentli qrip əleyhinə peyvəndin 200.000 dozasını satın aldı, 43.000 doza gətirilib. Tezliklə, 2-3 günə üç prioritet qrupun peyvəndlənməsinə başlanılacaq. Bunlara: tibbi personal, hamilə qadınlar və dializ xəstələri daxildir. Oktyabrın 25-nə doğru isə, geridə qalan 160.000 dozanı gözləyirik, sonra uşaqlara, xroniki xəstəlikdən əziyyət çəkənlərə və s. yayılacaq “-deyə Amiran Qamğrelidze bildirib.
Koronavirus əleyhinə peyvənd olduqdan nə qədər vaxt sonra qrip əleyhinə peyvənd olmaqla bağlı məsələyə Qamğrelidze açıqlıq gətirib, onun sözlərinə görə, bu günədək belə bir rekomendasiya var ki, əgər şəxs hər hansı bir vaksini vurdurubsa, 14 gündən sonra ikinci vaksini vurdura bilər.