Amiran Qamğrelidze bildirir ki, 15 nəfərin koronavirusa yoluxmasının müəyyən olunduğu Bolnisinin iki kəndində,sakinlərin yoxlanılması yenə davam etdiriləcək
Gürcüstanın XNMM-nin rəhbəri Amiran Qamğrelidzenin sözlərinə görə,koronavirusa yeni yoluxma halları Bolnisinin iki kəndində müəyyən olunub və bəhsi keçən kəndlərdə yenə işlər aparılır.
Amiran Qamğrelidze bildirib ki, orda əlavə tədqiqatlar və məsələ üzərində iş aparılır.O,bunun Bolnisinin özündə deyil,munisipalitetin kəndlərində olduğunu bildirib.Qamğrelidze,bu mərhələdə 15 nəfərin Covid-19-a yoluxmasının təsdiqlənməsinə dair yayılan məlumatların doğru olduğunu bildirib.O,PCR tədqiqatın aparıldığını bildirib.
Onun sözlərinə görə,Bolnisinin iki kəndində qismən yoxlama aparılıb və testlərin edilməsi davam etdirilir.
Bolnisi Munisipalitetindən verilən məlumata əsasən,koronavirus ilə əlaqədar tədqiq olunmuş 86 nümunədən 15-nin cavabı müsbətdir.Bəhsi keçən bu şəxslər Bolnisinin iki kəndinin sakinləridirlər.
Hazırladı-Sevinc Mustafayeva