Amiran Qamğrelidze - Avropa Birliyi və Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə aldığımız hədiyyə, peyvəndləmə prosesinin daha da genişlənməsinə kömək edəcək
Amiran Qamğrelidze - Avropa Birliyi və Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə aldığımız hədiyyə, peyvəndləmə prosesinin daha da genişlənməsinə kömək edəcək

Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamğrelidze, AB-nin Gürcüstandakı nümayəndəliyinə və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrinə, xüsusilə pandemiya zamanı göstərdikləri köməyə görə təşəkkür edib.

Qamğrelidzenin sözlərinə görə, Avropa Birliyi və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hədiyyə olaraq verilən avadanlıq peyvəndləmə prosesinin daha da genişlənməsinə kömək edəcək.

“AB-nin Gürcüstandakı nümayəndəliyinə və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrinə, xüsusilə pandemiya dövründə ölkəmizə göstərdikləri köməyə görə təşəkkür edirik. Bugünkü təhvil vermə aktı da tərəfdaşlarımızın yardımının nümunəsidir. İnformasiya İT qurğuları və aksesuarları, soyuq zəncir üçün lazım olan soyuducu avadanlıqlar, daşınan soyuq qutular, temperaturun monitorinqi üçün lazım olan termometrlər və tərəfdaşlarımızdan aldığımız və alacağımız bir çox digər avadanlıqlar və s. Avropa Birliyi və Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə aldığımız bu hədiyyə, təbii ki, peyvəndləmə prosesini daha da genişləndirəcək və kütləvi peyvəndləmə prosesini dəstəkləyəcək “-deyə A.Qamğrelidze bildirib.