Amiran Qamkrelidze - Yaxşı olar ki, böyük şəhərlərdə yaşayan yaşlı və xronik xəstəlikləri olan vətəndaşlar evdə qalsınlar
Amiran Qamkrelidze - Yaxşı olar ki, böyük şəhərlərdə yaşayan yaşlı və xronik xəstəlikləri olan vətəndaşlar evdə qalsınlar

Yaxşı olar ki, böyük şəhərlərdə yaşayan yaşlı və xronik xəstəlikləri olan vətəndaşlar evdə qalsınlar, – bu barədə bəyanatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin sədri Amiran Qamkrelidze iqtidar administrasiyasındaki brifinqdə verdi.

O Acarıstan əhalisinə müraciət etdi ki, tibbi maskalardan qapalı məkandan başqa, açıq havada da istifadə etsinlər.

Qamkrelidzenin dediyinə görə, respirator xəstəliklərinin mövsumu gəlir və insanlar qrip virusuna və koronavirusla eyni zamanda yoluxa bilərlər. Ona görə də böyük şəhərlərin əhalisi diqqətli olmalıdır.

“Yaz aylarında verdiyimiz “evdə qal” sloqanı isə, şəhərlərdə korpus binalarında yaşayan yaşlı əhaliyə yenə də aiddir. Yaxşı olar ki, respirator viruslarının yayıldığı mövsumda az hərəkat etsinlər və evdə qalsınlar.

Həmçinin, mümkün olduğu yerlərdə, distansiyalı işləmək prosesinə keçməyi tövsiyyə edirəm” – dedi Amiran Qamkrelidze.