Amiran Qamkrelidze - Vaksina təsdiqlənənə qədər yeganə qorunma vasitəsi tibbi maskadır, hərkəsə müraciət edirəm ki, maskayı açıq məkanlarda da taxın
Vaksina təsdiqlənənə qədər virusdan yeganə qorunma vasitəsi tibbi maskadır, hərkəsə müraciət edirəm ki, maskayı açıq məkanlarda da taxın, – bu barədə bəyanatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze, koordinasiya şurasının iclasından sonra verdi.
Onun dediyinə görə, mövcud olan proqnozlara əsasən, koronavirusdan daha çox insan həlak oldu, nəyinki digər -Tuberkulyoz, AİDS, Malyariya və Hepatit kimi infeksyalardan.
“Dünən bütün yüksək-reytinqli jurnallardan məlumat yığırdım və belə qənaətə gəldim ki, bu virusdan qorunmaq üçün ən yaxşı vasitə tibbi maskadır. Sosiyal məsafəyi qoruya bilmədiyimiz açıq yerlərdə də tibbi maskadan istifadə etməliyik.
Hərkəsə müraciət edirəm ki, tibbi maskayı açıq məkanlarda da taxsınlar, çünki o xəstəliyə yoluxma ehtimalını 75 faizlə azaldır.
Bir il böyük toylar və mərasimlər keçirməyək. Onların zamanı da gələcək. “Koronavirus adi qrip kimidir, tez keçəcək” deyənlər yanlış düşünürlər. Koronavirus ciddi bir xəstəlikdir. Ondan milyon insan həlak oldu və təəssüf ki, yenə milyonun insan həlak olacaq.
Ölüm sayısı ilə koronavirus Malyariya, Tuberkulyoz, Hepatit, AİDS kimi xəstəlikləri keçəcək və ondan qorunmağın tək yolu tibbi maskadır” – dedi Amiran Qamkrelidze.