Amiran Qamkrelidze, Tenqiz Tsertvadze, Paata İmnadze, Marina Ezuqbaia, Levan Ratiani və yenə dörd həkimə fəxri Tbilisili statusu verildi

Paytaxtın meri Kaxa Kaladze fəxri Tbilisililəri mükafatlandırdı.

Mükafatlandırma mərasimi dövlət mərasimləri sarayının həyətində keçirildi və pandemiya vəziyyətindən irəli gələrək, geniş ictimaiyyət üçün televiziya ilə yayımlandı.

Fəxri Tbilisili mükafatı koronavirus pandemiyası zamanı 24 saatlıq rejimdə işləyən doqquz həkimə verildi: Amiran Qamkrelidze, Tenqiz Tsertvadze, Paata İmnadze, Mariana Ezuqbaia, Levan Ratiani və yenə dörd həkimə fəxri Tbilisili statusunu aldılar.

Məşhur gürcü bəstəkarı Gia Kançelinin xatirəsinə həsr olunan tədbirdə onun ölməz melodiyaları səsləndi. Konsertdə Evgeni Mikeladze adına Milli Simfoniya Orketstri və onun bədii rəhbəri – Nikoloz Raçveli, Nani Breqvadze, Giorgi Tsaqareli, Nato Metonidze, Liza Baqrationi, Eka Mamaladze, Georgian Six iştirak edirdilər.

Cari ilin Tbilisoba bayramı tamamilə Gia Kançeliyə həsr olunacaqdı, ancaq pandemiyaya görə,  Tbilisi meriyası Tbilisoba şənliklərini ləğv etdi.