Amiran Qamkrelidze - Tədqiqata əsasən, 6 yaşından yuxarı olan uşaqlar üçün tibbi maska taxmağın heç bir zərəri yoxdur
Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin sədri Amiran Qamkrelidzenin bəyanatına görə, Amerikanın Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin apardığı tədqiqat nəticələrinə əsasən, 6 yaşından yuxarı olan uşaqlar üçün tibbi maska taxmağın heç bir zərəri yoxdur.
“Məlum olduğu kimi, bizdə dördüncü sinifdən yuxarı siniflərdəki şagirdlər üçün dərsdə tibbi maskanın taxılması məcburi oldu. Dördüncü sinifə qədər olan şagirdlər üçün isə, tibbi maska sadəcə tövsiyyə edilir.
Ancaq əgər uşağın hərhansı bir xronik xəstəliyi varsa, istisna olaraq, tibbi maska taxmaması üçün icazə verilə bilər. Bugün bir çox məktəblərdə təhlükəsizlik məqsədi ilə tibbi maska taxmaq məcburidir” – dedi Amiran Qamkrelidze.