Amiran Qamkrelidze - Tbilisidə məhdudiyyətlərin qoyulması ilə bağlı müzakirələr aparılır
Amiran Qamkrelidze - Tbilisidə məhdudiyyətlərin qoyulması ilə bağlı müzakirələr aparılır

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin bəyanatına görə, Tbilisidə məhdudiyyətlərin qoyulması ilə bağlı müzakirələr aparılır.

Qamkrelidze ümid edir ki, məhdudiyyətlərlə bağlı qərar oktyabrın 12-də, idarələrarası koordinasiya şurasının iclasında qəbul ediləcək.

“Lokal məhdudiyyətlər əlbəttə ki, qoyulur, ancaq geniş-miqyaslı məhdudiyyətlərə gəlincə, bununla bağlı müzakirələr hələ davam edir. Hansı növ məhdudiyyətlərin qoyulması ilə bağlı qərar, ümid edirəm ki, bazar ertəsi koordinasiya şurasının iclasında qəbul ediləcək” – dedi Amiran Qamkrelidze.

Məhdudiyyətlər haqqında danışarkən, Qamkrelidzenin müavini Paata İmnadze biznes tərəfindən qaydaların qorunmasına diqqət yetirdi.

“Burada biznesin böyük əhəmiyyəti ortaya çıxır. Əgər məhdudiyyətlər olsa, biznes bağlanacaq elə? Bundan irəli gələrək, biznesmenlərə və rəhbərlərə müraciət edirəm ki, öz iş yerlərində maksimal şəkildə profilaktik tədbirlər görsünlər ki, onların biznesi üçün təhlükə yaranmasın. Bu çox asandır: tibbi maska, distansiya, əl higienası” – dedi Paata İmnadze.