Amiran Qamkrelidze - Pandemiya zamanı panika ən böyük düşmandır
Amiran Qamkrelidze - Pandemiya zamanı panika ən böyük düşmandır

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhəbri Amiran Qamkrelidzenin bəyanatına görə, koronavirus üçün məxsus olan simptomların aşkarlandığı halda, pasientlər mütləq 112-yə müraciət etməlidirlər.

Onun dediyinə görə, insanlar panikaya düşməməlidirlər, çünki pandemiya zamanı panika ən böyük düşman olur.

“Bugün əsas aksent insanların ambulatoriya müalicəsinə yetirilir. Hərkəs bilməlidir ki, yüksək temperatur, təngnəfəslik, oskürək və koronavirusun ən böyük işarəsi olan dad və qoxu hisslərinin itməsi və xüsusi ilə də uşaqlarda diareya müşahidə olunursa, mütləq 112-yə müraciət edilməlidir.

Bir çoxuna evdə müalicə lazım olur. Evdə müalicə olunan pasientlərə, temperaturun 38-dən yuxarı olduğu halda, əsasən, temperaturu salan preparatlar verilir. 10-12 gündən sonra, xəstəlik keçir və insan sağalmağa başlayır. Ona görə də, vətəndaşlardan xahiş edirik ki, belə periodlarda panika salmasınlar, çünki panika çox təhlükəlidir” – dedi Amiran Qamkrelidze.