Amiran Qamkrelidze - Ölkədə epid-vəziyyətin sakitləşmə tendensiyası müşahidə olunur, ancaq bu bizi vaxtından tez cəsarətləndirməməlidir

Ölkədə epid-vəziyyətin sakitləşmə tendensiyası müşahidə olunur, ancaq yenə də diqqətli olmalıyıq və bu bizi vaxtından tez cəsarətləndirməməlidir, – bu barədəə bəyanatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze verdi.

Qamkrelidzenin dediyinə görə, ölkəmiz koronavirusun daxili yayılmanın səkkizinci həftəsindədir və infeksiya halları yavaş-yavaş azalmağa doğru gedir.

“Bu bizdə illyuziya yaratmamalıdır ki, covid-19-u ölkədə tamamən məğlub etdik, çünki belə bir illyuziya yaransa, insanlar özlərini qorumağı və həkimlərin verdiyi tövsiyyələri unuda bilərlər və bu da, infeksiyanın geri qayıtmasına səbəb ola bilər” – dedi Amiran Qamkrelidze.

Onun dedyinə görə, yayda daha sakit bir dövr başlayacaq, ancaq bu koronavirusa vidalaşdığımız anlamına gəlmir.