Amiran Qamkrelidze - Medyadan xahiş edirəm, ölkədə tibbi maskanın taxılması ilə bağlı ciddi ictimai hərəkat başlasın
Amiran Qamkrelidze - Medyadan xahiş edirəm, ölkədə tibbi maskanın taxılması ilə bağlı ciddi ictimai hərəkat başlasın

“Tibbi maska taxmaq mədəniyyətini gücləndriməliyik. Medyadan və televiziyadan çox xahiş edirəm,  insanlara bu məlumatı çatdırmağa yardım etsinlər” – bu bəyanatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin sədri Amiran Qamkrelidze verdi.

Onun dediyinə görə, ölkədə tibbi maskanın taxılması ilə bağlı ciddi ictimai hərəkat başlamalıdır.

“Siz dördüncü hakimiyyət olaraq, ictimaiyyətə məlumat çatdırırsınız və sizin rolunuz çox önəmlidir. Xahiş edirəm ki, tibbi maskaların taxılması ilə bağlı ictimai hərəkat başladılsın və hərkəs tibbi maska taxsın” – dedi Amiran Qamkrelidze.