Amiran Qamkrelidze - Marneulidə tibbi xidmətin dayanmaması üçün, təcili tibbi yardım personalı yenisi ilə əvəz edildi
Xəstəliklər Nəzarətinin Milli Xidmətinin rəhbəri Amiran Qamkrelidzenin bəyanatına görə, koronavirusla infeksiyaya yoluxanların Marneulidə müalicə olunması bu mərhələdə planlanmır.
“PCR testlər, molekular diaqnostika Marneulidə də yaradıla bilər, ancaq xəstələrin müalicəsi üçün Tbilisidə kifayət qədər yer var” – dedi Amiran Qamkrelidze.
Bununla yanaşı, Amiran Qamkrelidze Marneulinin təcili tibbi yardım xidməti ilə bağlı şərh verdi və qeyd etdi ki, regionda tibbi yardımın dayandırılmaması üçün, təcili tibbi yardım personalı yeniləri ilə əvəz edildi.