Amiran Qamkrelidze - Lokal məhdudiyyətlər daha da genişmiqyaslı ola bilər
Epid-vəziyyətə görə, lokal məhdudiyyətlər daha da geniş miqyaslı ola bilər, – bu barədə bəyanatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzini sədri Amiran Qamkrelidze iqtidar administrasiyasında keçirilən brifinqdə verdi.
Onun dediyinə görə, başqa cür pandemiyanın dayandırılması mümkün olmayacaq.
“Koordinasiya Şurası tərəfindən məhdudiyyətlərin sərtləşdirilməsi ilə bağlı verilən qərarlar bir neçə günə daha da geniş miqyaslı ola bilər. Bu proses dayanmayacaq.
Lokal məhdudiyyətlər daha da genişləndiriləcək. Avropada böyük şəhərlər pandemiyanın ikinci dalğasının ərəfəsində bağlanıblar.
Çalışmalıyıq ki, Gürcüstan bu pandemiyadan minimal zərərlərlə çıxsın” – dedi Amiran Qamkrelidze.