Amiran Qamkrelidze - Koronavirusla mübarizədə multisektor qoşulması olmasa, sadəcə biz, nazirlik və həkimlər müvəffəqiyyətli ola bilməzdik
Gürcüstan regionda və Avropada koronavirusun ən aşağı göstəriciləri ilə seçilir. Ancaq, multi-sektor qoşulması olmasa, sadəcə biz, nazirlik və həkimlər bu qədər müvəffəqiyyətli ola bilməzdik, – bu bəyanatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze “NDİ”-ın tədqiqatını şərhləndirərkən verdi.
Qamkrelidze qeyd etdi ki, koronavirusla mübarizəyə bir çox sektor qoşulmuşdu və eyni zamanda birgə və operativ qərarlar verilirdi.
Bugün “NDİ” koronavirusla bağlı tədqiqat yaydı, hansına əsasən, informasiya mənbələrinin etibarlığı baxımından, sorğulananların 90 faizi Xəstəliklər Nəzarətinin Milli Mərkəzinə güvənir.