Amiran Qamkrelidze - Koronavirus hallarının artmasına baxmayaraq, səhiyyə sistemi vəziyyəti idarə edə bilir

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin bəyanatına görə, koronavirus hallarının artmasına baxmayaraq, ölkədə epidemioloji vəziyyət yenədə nəzarətə tabedir.

Qamkrelidze vətəndaşları epidemioloqlar tərəfindən verilən tövsiyyələri yerinə yetməyə çağırır.

Bununla yanaşı, Amiran Qamkrelidzein dediyinə görə, pandemiya şərtlərində, dövlət, tibb sahəsinin əməkdaşları və əhali arasında əməkdaşlığın baş tutmasının böyük əhəmiyyəti var.

“Koronavirus hallarının artması davam edəcək, ancaq bunu idarə edə bilirik. Vəziyyət nəzarətə tabedir və səhiyyə sistemi artan göstəricilərə müvafiq cavabı verə bilir.

Epidemiyanın artdığı dövrdə dövlət, tibb sahəsinin əməkdaşları və ictimaiyyət arasında əməkdaşlığın böyük əhəmiyyəti var. Bu böyük çağırışa sinxronlaşdırılmış, birgə cavabımız olmalıdır.

Əlbəttə ki, bu asan deyil, ancaq bu vəziyyət noyabra, mart-aprel ayına qədər davam edə bilər. Ona görə də, əsas sloqanımız, hansına əsasən, koronavirusla bərabər yaşamağı öyrənməliyik, yenə də qüvvədə qalır” – dedi Amiran Qamkrelidze.