Amiran Qamkrelidze - İnfeksiyalılarla yaxın kontaktı olanlar tibbi yoxlanlşsız, dərhal təcrid olunacaqlar
Covid 19 infeksiyalılarla yaxın kontaktı olanlar hərhansı tibbi yoxlanlşsız, dərhal təcrid olunacaqlar, – bu barədə bəyanatı Xəstəliklər Nəzarətini Milli Mərkəzinin sədri Amiran Qamkrelidze koordinasiya şurasının iclası başa çatdıqdan sonra verdi.
“İnfeksiyalılarla ünsiyyətdə olanların tez zamanda təcrid olunmalarının böyük əhəmiyyəti var. Bugün koordinasiya şurasının iclasında buna diqqət yetirdik. Əgər infeksiyalı ilə kontaktda olan şəxsin öztəcridə keçmək imkanı yoxdursa, onu 14 günlük karantin zonasına aparacaqlar.
Əgər kiminsə, şübhəli simptomları varsa, 112-yi çağırsın və qalan proses protokola əsasən, davam edəcək. Hər bir vətəndaş bunu etməlidir ki, infeksiya daha çox yayılmasın. Yeni qeydə alınnan halların əksəriyyəti infeksiyalılarla ünsiyyətdə olanlardır” – dedi Amiran Qamkrelidze.