Amiran Qamkrelidze - İnfeksiya kim kimin oğludur deyə tanımır və hər kəsə toxunur
Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin dediyinə görə, onun koronavirusa yoluxan oğlu bir neçə gün bundan əvvəl İtaliyadan gələn klaster ilə kontaktda idi.
Onun dediyinə görə, son iki gündür Nikoloz Qamkrelidze izolyasiyada idi.
“Gizlədiləcək birşey yoxdur, mənim oğlum bunu sosiyal şəbəkələrdə özü bəyan etdi. İtaliyadan gələn klasterdə olanlar onun əməkdaşları idi və iclaslardan birində onlarla bərabər idi. Oğlum iki gündür izolyasiyada idi və test nəticəsi şübhəli olduğu üçün yenidən yoxlanışdan keçdi və kornavirusa yoluxduğu məlum oldu” – dedi Amiran Qamkrelidze.