Amiran Qamkrelidze - Elə bir illyuziya yarandı ki, Gürcüstanda koronavirus infeksiyasını məğlub etdik, buna cavabım xeyridir
“Avropa regionunda vəziyyət olduqca gərgindir. Qərb Avropanın bir sıra ölkələrində covid-19 hallarının böyük artımı müşahidə olunur.
Məlum olduğu kimi, bütün dünyada pandemiya geri addım atmaq istəmir. Bəzi ölkələrdə, pandemiya halları gündə 300 minə çatır – Bu barədə bəyanatı xəstəliklər nəzarətinin milli mərkəzinin sədri Amiran Qamkrelidze, iqtidar administrasiyasında, baş nazirin rəhbərlik etdiyi koordinasiya şurasının iclası başa çatdıqdan sonra verdi.
Qamkrelidze diqqəti covid-19-un regiondaki və qlobal statistikasına yetirdi.
“Avropa regionunda vəziyyət olduqca gərgindir. Bizim qonşu ölkələrdə də vəziyyət ağırdır. Əlbəttə ki, bunların fonunda Gürcüstan oazis olaraq, qalır, çünki bizdə koronavirus halları hələdə azdır. Gürcüstanda 1 729 hal qeydə alınıb. Bugün isə, 45 hal qeydə alınıdı. Bizdə illyuziya yarandı ki, Gürcüstan koronavirusu məğlub etdi, ancaq bu belə deyil” – dedi Amiran Qamkrelidze.