Amiran Qamkrelidze - İctimaiyyət tərəfindən eyni şəkildə diqqət edilsə, payız aylarını da asanlıqla keçirəcəyik və ona qədər vaksina da hazır olacaq və bəşəriyyət covid-19-u məğlub etmiş olacaq
Xəstəlikər nəzarətinin milli mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin bəyanatına görə, Gürcüstanda bugün mövcud olan vəziyyət qorunsa, payız ayları təhsil prosesi bərpa olunacaq.
Onun dediyinə görə, virusun yeni 15-20 halı nəzarət altındadır.
“İndi balans mərhələsindəyik, bir tərəfdən iqtisadiyyat dirçəlməlidir, insanlara gəlir mənbəyi lazımdır, digər yandan isə, səhiyyə sisteminin hazırlıqlı olmasıdır. Son altı ayda çox şey öyrəndik. İndi ölkə pandemiya ilə mübarizə üçün daha çox hazırdır. Əminəm ki, payızı da asanlıqla keçirə biləcəyik və ona qədər isə, vaksina hazırlanacaq və bəşəruyyət covid-19-u məğlub etmiş olacaq” – dedi Amiran Qamkrelidze, Birinci Kanalın “Şəxsi həkim” proqramında.