Amiran Qamkrelidze - Gürcüstanda peyvənddən sonra virusa yoluxmanın 300 halı qeydə alınıb
Gürcüstanda peyvənddən sonra virusa yoluxmanın 300 halı qeydə alınıb.
Bu barədə məlumatı Xəstəliklər Nəzarətini Milli Mərkəzinin sədri Amiran Qamkrelidze jurnalistlərlə keçirdiyi görüş zamanı verib.
Onun dediyinə görə, qeyd olunan halları xəstəliklər nəzarəti mərkəzinin mütəxəssisləri öyrənirlərş
Ancaq Qamkrelidzenin bəyanatına görə, vaksinasiyadan sonra pasientlərdə bu xəstəlik çox asan və simptomsuz keçir.
Xatırladaq ki, dünən Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin sədrinin müavini Paata İmnadze bəyan etmişdi ki, vaksinasiyadan sonra infeksiyaya yoluxan pasientlərə vaksinanın ikinci dozası xəstəlik başa çatdıqdan 120 gün sonra vurula bilər.
Onun dediyinə görə, qeyd olunan requlyasiyanın müzakirəsi aparılır və 120 günlük müddət azala bilər.