Amiran Qamkrelidze - Gürcüstanda bu mərhələdə reinfeksiya halları qeydə alınmayıb
Amiran Qamkrelidze - Gürcüstanda bu mərhələdə reinfeksiya halları qeydə alınmayıb

Bu mərhələdə Gürcüstanda reinfeksiya halı təsdiqlənməyib, – bu barədə bəyanatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin sədri Amiran Qamkrelidze verdi.

“Reinfeksiya şübhəsi olan 30-dan artıq analiz yoxlandı və heç biri təsdiqlənmədi.

İki hal ilə bağlı genetik yoxlanış aparılır. Hələlik Gürcüstanda reinfeksiya halı təsdiqlənməyib”, – dedi Amiran Qankrelidze.