Amiran Qamkrelidze - Qripə qarşı vaksinanın ilk partiyası okyatbrın əvvəlində gətiriləcək
Amiran Qamkrelidze - Qripə qarşı vaksinanın ilk partiyası okyatbrın əvvəlində gətiriləcək

Cari ildə qripə qarşı 135 min vaksina almışıq, – bu barədə bəyanatı xəstəliklər nəzarətinin milli mərkəzinin rəhbəri Amiran Qamkrelidze bugün keçirdiyi brifinqdə verdi.

Onun dediyinə görə, Fransa istehsalı olan vaksinaların ilk partiyası Gürcüstana oktyabr ayının əvvəlində gətiriləcək.

“Dünya Səhiyyə Təşkilatının rekomendasiyalarına əsasən, imunizasiya komitəsinin qərarı ilə, mütləq vaksinasiya edilməsi gərəkən risk qrupların kimlərin olduğu müəyən olundu və bunlar: hamilələr, həkimlər, məhdud imkanlı uşaqlar və yaşlılar, diabet xəstələri və sairədir” – dedi Qamkrelidze.

Onun dediyinə görə, qripə qarşı vaksinasiyaya tələbin artması gözlənilir. Ona görə də, vaksinayı özəl sektor da gətirəcək və vaksina sayı iki qat ola bilər.