Amiran Qamkrelidze - Epid-vəziyyət yenə gərgindir, ancaq, virusun aqressivliyi biraz azalıb
Amiran Qamkrelidze - Epid-vəziyyət yenə gərgindir, ancaq, virusun aqressivliyi biraz azalıb

Epid-vəziyyət bütün dünya miqyasında yenə də gərgindir və tək ümid-verici əlamət virusun aqressivliyinin biraz azalmasıdır, – bu barədə bəyanatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin sədri Amiran Qamkrelidze, koordinasiya şurasının iclasından sonra keçirilən brifinqdə verdi.

Onun dediyinə görə, qlobal olaraq, covid-19-un ölüm göstəricisi 7-dən 3,2 faizə qədər düşüb. Yeni hallar isə, yüngül keçirilir.

“Avropada epid-vəziyyət hələ də gərgindir. Koronavirus geri çəkilmir. Sadəcə olaraq, ölüm göstəriciləri biraz azalıb. Ağır xəstələrin sayı qlobal miqyasda 1 faizdir” – dedi Amiran Qamkrelidze.