Amiran Qamkrelidze - Düşünürəm ki, növbəti həftədə həftə koordinasiya şurasına kovid-pasport versiyası təqdim olunacaq
Xəstəliklər nəzarətinin milli mərkəzinin sədri Amiran Qamkrelidzenin bəyanatına görə, koordinasiya şurasına kovid-pasport versiyası təqdim olunacaq.
“Kovid-pasportun elektron versiyasını dünən Səhiyyə Nazirliyinə təqdim etdik. Orada tələblər var ki, müəyyən məsələlər yenə dəqiqləşdirilsin. Ona görə də, bizim və Səhiyyə Nazirliyinin informasiya texnologiyaları qrupu bazar ertəsindən bu məsələ üzərində işləməyə davam edəcəklər və düşünürəm ki, növbəti həftədən koordinasiya şurasına artıq kovid-pasportun tam versiyası təqdim olunacaq”, – Amiran Qamkrelidze Birinci Kanal ilə müsahibə zamanı bəyan edib.