Amiran Qamkrelidze - Bugün hər bir vətəndaş öz ailə həkimini tanımalıdır və nömrəsini bilməlidir
Amiran Qamkrelidze - Bugün hər bir vətəndaş öz ailə həkimini tanımalıdır və nömrəsini bilməlidir

Əhaliyə belə bir sloqan təklif etmək istəyirəm: bugün hər bir vətəndaş öz ailə həkimini tanımalıdır və nömrəsini bilməlidir, – bu bəyanatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin sədri Amiran Qamkrelidze Koordinasiya Şurasının iclası başa çatdıqdan sonra verdi.

Onun dediyinə görə, insanın simptomları olan kimi, harda test keçirəcəyini axtarmaq yerinə, ailə həkiminə müraciət edib, onun rekomendasiyalarına müvafiq şəkildə hərəkət etməlidir.

“Bizim məqsədimiz odur ki, 14 000 haldan, stasiyonar müalicədə infeksiyaya yoluxanların sadəcə 15-25 faizi olsun, digərləri isə, öz evlərində və yaxın covid-mehmanxanalarda müalicə olunmalıdırlar, çünki əksər hallarda virus simptomsuz keçir.

Ona görə də, əhaliyə belə bir sloqan təklif etmək istəyirəm: bugün hər bir vətəndaş öz ailə həkimini tanımalıdır və nömrəsini bilməlidir. Simptomları olduğu zamanda, harda kesti keçirəcəyini axtarmaq yerinə, öz ailə həkiminin rekomendasiyalarına müvafiq şəkildə hərəkət etməlidir.

İkinci yol da var, ailə həkiminizi bilmirsinizsə, 112 -yə müraciət edib, 112 operatorundan öyrənə bilərsiniz.

Bugün səhiyyə sektorunun üzərinə ən böyük yük düşdüyü üçün, ailə həkiminizi və onun koordinatlarını bilməlisiniz.

İkinci Sloqan isə, Tbilisi, Batumi və Kutasisidə, açıq ictimai yerlərdə də tibbi maska taxın, çünki infeksiya bu üç şəhərdə sirkulyasiya edir” -dedi Amiran Qamkrelidze.