Amiran Qamkrelidze - Birbaşa deyirəm, koronavirusla bağlı Gürcüstandaki vəziyyət nəzarətə tabedir
Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bu gün saat 15:00 üçün mövcud olan epid-vəziyyət haqqında danışdı.
Qamkrelidzenin bəyanatına görə, bu vaxt üçün Gürcüstanda koronavirusa yoluxanların sayı 15-dir.
“Laboratoriya yoxlanışını tələb edən 466 hal oldu. Bəzi pasient iki dəfə yoxlanışdan keçdi. Karantində hazırda 178 nəfər var” – deyib Qamkrelidze.
Amiran Qamkrelidze medyaya epid-vəziyyətin doğru şəkildə işıqlandırılması üçün təşəkkür etdi.
“Əhaliyə məlumatın necə çatdırılacağı çox önəmlidir” – dedi Amiran Qamkrelidze.
Amiran Qamkrelidze 24 saat ərzində işləyən və ölkədəki epid-vəziyyətin kontrol altında olması üçün əlindən gələni edən həkimlərə və tibb personalına təşəkkür etdi.
“Birbaşa deyirəm, vəziyyət nəzarətə tabedir” – dedi Amiran Qamkrelidze.