Amiran Qamkrelidze bəyan edir ki, Gürcüstan "Sinofarm" vaksinasının yenə 100 min dozasını pulsuz, 500 min dozasını isə, pul əvəzinə alacaq
Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin sədri Amiran Qamkrelidze bəyan edir ki, Gürcüstan “Qızıl Xaç” vasitəsi ilə, “Sinofarm” vaksinasının yenə 100 min dozasını pulsuz, 500 min dozasını isə, Çindəki səfirliyin apardığı danışıqlar nəticəsində, pulla alacaq.
“Gürcüstanın Səhiyyə Naziri Qızıl Xaç Beynəlxalq təşkilatı ilə görüşdü və yaxın gələcəkdə Gürcüstan 100 min doza “Sinofarmı” pulsuz alacaq. 500 min dozaya gəlincə isə, Çindəki səfirliyimiz vasitəsi ilə danışıqlar aparılır və iyunun ikinci yarısında vaksina Gürcüstana gələcək”, – dedi Amiran Qamkrelidze.