Amiran Qamkrelidze - Bazarlarda nəzarət ciddi şəkildə sərtləşəcək və cərimələr də olacaq

Müvafiq şərtlərin qorunması məqsədi ilə, bazarlarda nəzarət ciddi şəkildə sərtləşəcək, – bu barədə bəyanatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze verdi.

Onun dediyinə görə, ciddi nəzarətlə bərabər cərimələr də tətbiq olunacaq.

“Girişdə termoskrininq, hərkəs tibbi maska ilə olacaq, sosiyal məsafə qorunacaq, əllərin təmizlənməsi üçün sanitayzerdən istifadə ediləcək, – bütün bunlar mütləq nəzərə alınmalıdır, yoxsa infeksiyanın yayılma riski mövcuddur” – dedi Amiran Qamkrelidze.

Gürcüstanda bugün koronavirusun 24 yeni halı qeydə alındı. Onlardan 10-u Qardabani munisipalitetində aşkarlanıb.