Amiran Qamğrelidze - proqnozlara əsasən ola bilsin fevralın ilk ongünlüyündə pik dövrə daxil olaq və gündə 10-15.000 virusa yoluxma halı qeydə alınsın

 

Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamğrelidzenin sözlərinə görə, “Omicron” halında xəstəlik “Delta” ştamına nisbətən yüngül keçir, lakin cəmiyyət bununla cəsarətlənməməlidir. Onun sözlərinə görə, Proqnozlaşdırma İnstitutunun göstəricilərinə görə, ölkə ola bilsin fevralın ilk ongünlüyündə koronavirusun pik həddinə qədəm qoysun.

“Bu mərhələdə ölkədə “Omicron” -a yoluxma halları səbəbindən xəstəxanaya yerləşdirilmə artmayıb, qaynar xəttlərə və onlayn klinikalara edilən zənglər artıb və bu, gözləniləndir, çünki hələlik “Omicron”-a yoluxma halları “Delta” ştamına nisbətən yüngüldür.

Əlbəttə ki, bu bizi cəsarətləndirməməlidir , çünki “Healthmetric” Proqnozlaşdırma İnstitutunun son məlumatlarına görə, biz fevralın ilk ongünlüyündə pik nöqtəyə çata bilərik və gündə 60.000-ə qədər yoluxma halı qeydə alına bilər ki, bunun da 20-30 faizi laboratoroloji yolla. Yəni gündə 10-dan 15000-ə qədər yoluxma halı müşahidə oluna bilər. Beynəlxalq məlumatlara görə, “Omicron” halında xəstəxanaya yerləşdirilmə nisbəti 5 ilə 10 faiz arasında dəyişir, “Delta” halında isə bu nisbət 12-15 faizdən 20 faiz arasındadır. Buna görə xəstəxanaya yerləşdirilmə çox güman ki, azalacaq”- deyə Amiran Qamğrelidze bildirib.