Amiran Qamğrelidze - məktəblərdə müəllimlərin və personalın 52 faizi iki dəfə peyvənd olunub, uşaq bağçalarında peyvəndləmə göstəricisi daha azdır
Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamğrelidzenin sözlərinə görə, məktəblərdə koronavirusa qarşı peyvəndləmə göstəricisi uşaq bağçalarına nisbətən daha yüksəkdir.
Onun sözlərinə görə, son göstəricilərlə məktəblərdə müəllimlərin və personalın 52 faizi tam peyvənd olunub.
“Məktəblərdə daha yaxşı göstərici var. Son göstəricilərlə, müəllimlərin və personalın 52 faizi iki dəfə peyvənd olunub. Məktəblərdə müəllimlərin və personalın 64 faizi bir dəfə peyvəndlənmişdi və sizinlə razıyam, uşaq bağçalarında bu göstərici daha azdır “-deyə Amiran Qamğrelidze bildirib.
Xatırlatmaq istərdik ki, uşaq bağçalarının işçiləri və uşaqlar arasında “Covid-19”-a yoluxmanın təsdiqlənməsi səbəbindən Tbilisidə 14 uşaq bağçası bağlanıb.