Amiran Qamğrelidze - cəsatlənərək deməməliyik ki, “Omicron”-dur qrip kimi keçirəcəyik, "Omicron" da fəsadlar və ağırlaşmalara səbəb olur

 

“Omicron”-un səbəb olduğu infeksiya böyük ehtimalla nisbətən yüngüldür, lakin biz cəsarətlənməməliyik- bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamğrelidze Koordinasiya Şurasının iclasından sonra bildirib.

Amiran Qamğrelidzenin də qeyd etdiyi kimi, “Omicron”-un xüsusiyyətlərindən biri onun təxminən üç dəfə çox təkrar yoluxma göstəricisinin olmasıdır.

” 1254 yoluxma halından təxminən 17-20 faizi təkrar yoluxmadır, yəni şəxs əvvəlcə “Delta” ilə yoluxmuş, sonra isə “Omicron”-a yoluxmuşdur. Belə ki, o “Delta”-dan yan keçir və yoluxma baş verir, lakin , “Omicron”-un səbəb olduğu infeksiya böyük ehtimalla nisbətən yüngüldür, bu isə bizi cəsarətləndirməməlidir və deməməliyik ki, “Omicron”-dur qrip kimi keçirəcəyik, “Omicron” da fəsadlar və ağırlaşmalara səbəb olur, buna görə yaxşı olar ki “Omicron”-a yoluxmayasınız”-deyə A.Qamğrelidze bildirib.

Onun sözlərinə görə, bu gün bütün ölkə miqyasında 50 % “Omicron” sirkulyasiya edir.