Amerikalı şərab maqistri Liza Qranik gürcü şərabı haqqında kitab yazır

Amerikalı şərab maqistri Liza Qranik Gürcüstanda şərab mədəniyyətinin tarixi və gürcü şərabının potensialı haqqında kitab yazır.

Ətraf mühitin qorunması və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, məşhur professiyonal artıq bir aydır ki Gürcüstandadır və regionlarda gürcü şərab mədəniyyəti ilə tanış olur.

Liza Qranikin dediyinə görə, gürcü şərabının böyük potensialı haqqında dünya ictimaiyyəti daha çox məlumat almalıdır və bunun üçün isə, ingilis dilli kitablar hazırlanmalıdır.

Liza Qranikin təşkilatçılığı ilə, son illərdə Gürcüstanın Şərab Agentliyi ilə əməkdaşlıq çərçivəsində („Tastingwork” şirkəti), Gürcüstana bir çox şərab mütəxəssisi gəldi.

ABŞ-ın müxtəlif şəhərlərində isə, gürcü şərabının təqdimatı keçirildi.