Amerika "Straykerləri" Vazianiyə tərəf - fotohadisə
Amerika "Straykerləri" Vazianiyə tərəf - fotohadisə

Çoxmilli təlim – “Layiqli Partnyor 2018”-in iştirakşı Amerika döyüş zirehli maşınları – “Straykerin” konvoyu Senakidən Vazianiyə doğru marşla keçərək Qorinin mərkəzinə daxil oldu. Burada da vətəndaşların hərbi texnikanı gözdən keçirməyə və xatirə fotolarını çəkməyə imkanı var idi.

Bununla yanaşı təlimdə iştirak edən Alman texnikası və tərkib heyəti artıq Gürcüstandadır.

Gürcüstan “Layiqli Partnyor 2018” çoxmilli təlimə avqustun birindən 15-ə qədər ev sahibliyi edəcək. Təlimlər Vaziani hərbi aerodromunda, Vaziani poliqonunda və Norio təlim bazasında keçiriləcək. Təlimdə NATO-nun 13 üzv və partnyor ölkəsinin 3000-dən artıq hərbi xidmətçisi iştirak edir.