Amerika mətbuatının yazdığına əsasən, Volodimir Zelenskinin komandası Ukrayna ordusunun Rusiya qüvvələrinə qarşı əks hücuma keçdiyini təsdiqləyir
Amerika mətbuatının yazdığına əsasən, Volodimir Zelenskinin komandası Ukrayna ordusunun Rusiya qüvvələrinə qarşı əks hücuma keçdiyini təsdiqləyir. Bu barədə “ABC News” məlumat yayır.
Nəşrin məlumatına əsasən, iki Ukrayna rəsmisi, o cümlədən ölkə prezidenti Volodimir Zelenskinin yaxın çevrəsindəki mənbə Ukraynanın əks-hücumunun aktiv mərhələsinin davam etdiyini təsdiqləyir.
Eyni zamanda, “Washington Post” yazır ki, Ukrayna ordusunun nümayəndələri ölkənin Cənub-Şərqində hücum əməliyyatını təsdiqləyirlər. Rusiya mətbuatı da Ukraynanın Zaporojye vilayətində aktiv döyüş əməliyyatları aparması ilə bağlı məlumatlar yayır.